RU

Deputat bu cərimələrə etiraz edir: İki ay ərzində...

“Hal-hazırda həm Bakı şəhərində, həm də rayonlarda avtomobil idarə etmək çətinləşib, çünki bir çox yerdə sürücülər cərimələrlə üzləşirlər”.

“Yeni Sabah” bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. Sosial hesabında paylaşdığı videoda o bildirib ki, elə sürücülər tanıyır ki, iki ay ərzində iyirmi bal itirərək sürücülük hüququndan məhrum olublar:

“Digər tərəfdən isə alternativ imkanlar yetərli deyil. Bəzən sürücü məcburiyyət qarşısında qalaraq avtobus zolağına daxil olur və ya hər hansı yerdə dayanmaq məcburiyyətində qalır və dərhal cərimə ilə üzləşir. Buna görə də hazırkı yol sıxlığı şəraitində sürücülərin cərimədən yayınması hər zaman onların əlində olmur. Bu baxımdan cərimələrin bu qədər sərtləşdirilməsi sosial baxımdan düzgün yanaşma hesab edilə bilməz”.

Deputat hesab edir ki, əgər sürücülərə alternativ imkanlar təqdim olunmursa, hərəkət rahatlığı təmin edilmirsə və eyni zamanda qaydalar sərtləşdirilirsə, bu vəziyyət qəbul edilən sayıla bilməz:

“Mən bu məsələni bir neçə dəfə qeyd etmişəm, parlamentdə də bu barədə fikir bildirmişəm. Orada belə təkliflər də səsləndirilir ki, cərimələr minimum əmək haqqına uyğunlaşdırılsın.

Əslində, bu mexanizm bir çox ölkələrdə tətbiq olunmadığı üçün mən bu yanaşmanı əsas hesab etmirəm. Dünyanın bir çox ölkəsində cərimələr birbaşa əmək haqqına bağlanmır və buna ehtiyac da yoxdur. Sadəcə qanunlar qəbul edilərkən vətəndaşların gəlir səviyyəsi nəzərə alınmalıdır.

Qanunvericilik hazırlanarkən insanların qazancı, xüsusilə də sürücülərin və taksi sahəsində çalışanların aylıq gəliri diqqətdə saxlanılmalıdır. Əgər cərimələr onların gəlirindən daha yüksək səviyyəyə qalxırsa, bu, düzgün qəbul edilə bilməz. Lakin cərimələri birbaşa minimum əmək haqqına bağlamaq da düzgün yanaşma sayılmır.

Digər tərəfdən, belə bir sual yaranır ki, əgər cərimə şəraiti yaradılmırsa, qanun pozuntusu da baş verməz. Lakin məsələ ondadır ki, bəzi hallarda cərimələrdən yayınmaq mümkün olmur. Çünki yol sıxlığı elə vəziyyətdə olur ki, sürücü məcburən qaydanı pozur və ya başqa avtomobilin təzyiqi ilə hərəkət zolağını dəyişməyə məcbur qalır. Bu zaman isə günahsız yerə cərimə ilə üzləşmək qəbul edilən deyil”.


Telegram kanalımız
Избранный
1
2
yenisabah.az

3Источники