RU

Bakı Kürdəmir sürət qatarının işə düşməsi sadəcə bir nəqliyyat hadisəsi deyil Eldəniz Cəfərov

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Stansiyaya səfər edənlər arasında media nümayəndələri ilə yanaşı nəqliyyat ekspertləri də olub.

Redaktor.az açılışda iştirak edən nəqliyyat eksperti Eldəniz Cəfərov ilə həmsöhbət olub.

Ekspertin sözlərinə görə, Bakı–Kürdəmir sürət qatarının işə düşməsi sadəcə bir nəqliyyat hadisəsi deyil, bu, əslində çox əhəmiyyətli sosial-iqtisadi bir məsələdir:

“Məlumdur ki, əgər haradasa sərnişindaşıma sürətlənirsə, bu, iqtisadiyyata da müsbət təsir edir. Kürdəmir özü də əsasən kənd təsərrüfatı məhsulları ilə bol olan bir ərazidir. Həm Kürdəmirdə, həm də yaxın ətraf rayonlarda da bu məhsullar mövcuddur.

Zəhmətkeşlər üçün kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması, daxili turizmin inkişafı, biznes mühitinin yaxşılaşdırılması, həmçinin Kürdəmirdə yeni iş yerlərinin açılması məsələsi var. Bu səbəbdən bunu sosial-iqtisadi cəhətdən əlamətdar bir hadisə hesab edirik.

Daxili turizm üçün də, əlbəttə ki, bu, çox əlverişlidir. Kürdəmirin nəqliyyat qovşağı ərazisində yerləşməsi, yəni ölkəmizin bütün istiqamətlərinə — şimala, şərqə, qərbə və cənuba çıxışların olması burada sərnişindaşımanın təşkilini daha da önəmli edir və digər bölgələrə də müsbət təsir göstərəcək”.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники