RU

"Türkiyə Suriya xalqının yanında yer alır” - Əhməd Əl Şaraa

"Türkiyə artıq 14 ildir ki, inqilabımızı dəstəkləyir və zülmə məruz qalan xalqımızın yanında yer alır”.

Missiya.Az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Əl Şaraa Antaliya Diplomatik Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, biz qədim tarixi və coğrafi əlaqələrlə bir-birimizə sıx şəkildə bağlıyıq:

"Suriya-Türkiyə tərəfdaşlığı regionun və bütövlükdə dünyanın gələcək təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
24
missiya.az

1Источники