RU

Yaponiyada xəstəxanalar enerji böhranı ilə üz-üzə

Yaponiya Səhiyyə İdarəetməsi Araşdırma İnstitutunun rəhbəri Masahiro Kami-yə istinadən yayılan məlumata görə, Yaxın Şərqdəki münaqişə fonunda yaranan enerji böhranı ilə bağlı artan xərclər səbəbindən Yaponiyadakı bir çox xəstəxana bağlanma riski ilə qarşı-qarşıyadır.

Bu barədə Editor.az Financial Times-a istinadla xəbər verir.

Kami-nin sözlərinə görə, enerji idxalından yüksək dərəcədə asılı olan Yapon xəstəxanaları artıq inflyasiya və milli valyutanın dəyər itirməsindən ciddi şəkildə təsirlənir.

Nəşrin yazdığına görə, artan xərclər bir çox xəstəxananın daimi olaraq fəaliyyətini dayandırmasına səbəb ola bilər.

Qəzet həmçinin vurğulayır ki, xərclərin artması tibbi avadanlıqların istehsalında istifadə olunan enerji resurslarının qiymətlərindəki kəskin yüksəlişlə bağlıdır.

Mart ayının sonunda Yaponiya Baş naziri Sanae Takaichi Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq tibbi məhsullar da daxil olmaqla əsas malların sabit tədarükünün təmin edilməsi barədə göstəriş verib.

//Gülnarə Abasova, Editor.az

Избранный
20
editor.az

1Источники