Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının başlanmasından bəri ən azı 212 188 Rusiya hərbçisi həlak olub.
“AzPolitika” xəbər verir ki, bu nəticəni “BBC Rusa” və “Mediazona” jurnalistləri könüllülər komandası ilə birlikdə açıq mənbələrdə təsdiqlənmiş adlar əsasında müəyyən ediblər.
Qeyd olunur ki, 2025 və 2026-cı illərdə Rusiya itkilərinin əsas hissəsi “kill zone” adlanan zərbə zonasında dron hücumları nəticəsində həlak olan əsgərlərin payına düşür. Hər iki tərəfin geniş dron istifadəsi nəticəsində bu zona genişlənib və hazırda 500 metrdən 10–15 kilometrədək olan ərazini əhatə edir. Dronların istifadəsi ön xəttdə hücum əməliyyatlarını və rotasiyanı ciddi şəkildə çətinləşdirir.
Araşdırmaya görə, həlak olanların strukturunda könüllülər yenə də ən böyük paya malikdir - 77 846 nəfər. Daha sonra statusu dəqiq müəyyən edilməyən döyüş iştirakçıları - 47 316 nəfər, kontrakt üzrə hərbçilər -41 937 nəfər, məhbuslar -23 710 nəfər və səfərbər olunanlar- 18 479 nəfər gəlir.
Bildirilir ki, hazırda orduya müqavilə ilə qoşulanlar daha çox böyük şəhərlərdən yox, kiçik şəhər və kəndlərdən olur. Tədqiqatçılar bunu kiçik yaşayış məntəqələrində sabit və yüksək maaşlı iş tapmağın çətin olması və yerli hakimiyyətlərin daha aktiv təbliğat aparması ilə izah edirlər.
Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı müharibədəki real itkiləri təqdim olunan rəqəmlərdən daha yüksəkdir. Hərbi ekspertlərin fikrincə, jurnalistlərin və könüllülərin məlumatları ümumi itkilərin təxminən 45%–65%-ni əhatə edə bilər. Rusiya və Ukrayna hakimiyyətləri isə rəsmi olaraq itkilərlə bağlı rəqəmlər açıqlamır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.