RU

Lənkəranda UEFA C kursu keçirildi

AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatıb.

"Football-plus.az" xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib. Ona yerli məşqçilər Rövşən Süleymanov və Cavid Quliyev köməklik göstəriblər.

Kursun ikinci mərhələsi mayın 5-dən 8-dək, üçüncü mərhələsi mayın 26-dan 29-dək, dördüncü mərhələsi isə iyunun 15-dən 20-dək olacaq.

Избранный
6
6
football-plus.az

7Источники