RU

Cevdet Yılmaz: TDT və müsəlman ölkələri ilə əməkdaşlıq mexanizmlərini inkişaf etdiririk

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Qlobal qeyri-sabitlik fonunda diplomatiya və əməkdaşlıq alternativsizdir.

APA-nın Antalyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz V Antalya Diplomatiya Forumunda panel müzakirəsində deyib.

O bildirib ki, İkinci Dünya müharibəsindən sonrakı dünya nizamı yalnız siyasi deyil, həm də iqtisadi müstəvidə ciddi transformasiya mərhələsinə daxil olub: “Dünyada iqtisadi istehsal və ticarətin yeni balansı formalaşır, eyni zamanda, geosiyasi gərginliklər artır. Bu prosesi biz regionumuzda çox aydın şəkildə hiss edirik”.

Cevdet Yılmaz qeyd edib ki, Türkiyə müxtəlif regional platformalarda aktiv iştirak etməklə təhlükəsizlik və əməkdaşlıq imkanlarını genişləndirir: “Biz NATO-nun üzvüyük və Avropa İttifaqına namizəd ölkəyik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı və müsəlman ölkələri ilə əməkdaşlıq mexanizmlərini inkişaf etdiririk”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
3
apa.az

4Источники