ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 16-da saat 17:30 radələrində Qurtuluş dairəsində qeydə alınıb. Belə ki, 75-AF-858 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü ikinci dərəcəli yoldan hərəkət hissəsinə çıxaraq baş yolla hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Kadrlardan görünür ki, dairədə hərəkətdə olan sürücü dəfələrlə qayda pozan şəxsə xəbərdarlıq edib.
Üstəlik, qayda pozuntusu törədən sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi də diqqətdən yayınmayıb. Görüntünü qeydə alan sürücünün dəfələrlə etdiyi xəbərdarlıqdan sonra qayda pozan şəxs yolu açaraq hərəkəti bərpa edib.
Xatırladaq ki, aanunvericiliyə əsasən, ikinci dərəcəli yoldan baş yola çıxan sürücü digər nəqliyyat vasitələrinə yol verməlidir. Eyni zamanda, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə inzibati məsuliyyət yaradır və belə hallar həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə risk altına alır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.