RU

Keçiddə dayanmayan sürücülər piyadaları təhlükə ilə üz üzə qoydu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Sabunçu rayonunda piyadaların təhlükəsizliyini ciddi şəkildə riskə atan qaydası pozuntusu qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 16-da saat 17:22 radələrində Sabunçu-Zabrat yolunda baş verib. Belə ki, 99-LJ-384 dövlət nömrə nişanlı “Mitsubishi” markalı və 77-VC-030 dövlət nömrə nişanlı “Changan” markalı avtomobillərin sürücüləri piyada keçidindən istifadə edən şəxslərə üstünlük verməyiblər.

Görüntülərdən aydın olur ki, hadisəni qeydə alan sürücü nəqliyyat vasitəsini saxlayaraq piyadanın yolu keçməsinə şərait yaradıb. Lakin sol zolaqla hərəkət edən digər sürücülər hərəkətini davam etdirib və nəticədə piyada yolun ortasında təhlükəli vəziyyətdə qalıb.

Qeyd edək ki, sürücülər nizamlanmayan piyada keçidlərində yolu keçən piyadalara yol verməlidirlər. Belə hallarda sürücünün davranışı artıq təkcə qayda pozuntusu deyil, həm də təhlükə mənbəyi kimi qiymətləndirilir.

Nərmin 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
avtosfer.az

1Источники