RU

Binaların zirzəmilərində və ya 1-ci mərtəbələrində obyekt açmaq üçün nələrə diqqət edilməlidir? - AÇIQLAMA

Şəhərin müxtəlif yerlərində, yaşayış binalarının birinci mərtəbələrində müxtəlif ictimai iaşə obyektlərinin fəaliyyətini görürük. Restoran və kafe kimi fəaliyyət göstərən obyektlər bir tərəfdən sakinlər üçün rahatlıq və xidmət əlçatanlığı yaratsa da, digər tərəfdən səs-küy, qoxu, təhlükəsizlik normaları ilə bağlı narazılıqlara səbəb olur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, yaşayış binasının altında kafe, restoran və yaxud buna bənzər xidmət sahələrinin açılması üçün konkret olaraq xüsusi icazələr tələb olunur.

Ekspert deyib ki, yaşayış binasının altında belə xidmətlə məşğul olan məkan varsa, bunun üçün qazın obyektə çəkilib verilməsi ilə bağlı xüsusi icazə olmalıdır: “Əsas şərtlərdən biri xüsusi havalandırma sisteminin çəkilməsidir. Yanğın hadisələrinin olmaması üçün bütün təhlükəsiz qaydalarına əməl olunmalı və lazımi işlər görülməli, yanğından mühafizə siqnalizasiya sistemləri çəkilməlidir. Yanğın baş verdiyi təqdirdə söndürmək üçün xüsusi alətlərin və avadanlıqların obyektə yerləşdirilməsi gərəklidir. Xüsusi şərtlər yerinə yetirildikdən sonra ticarət obyektinin kafe, restoran və bənzər xidmət sahəsi kimi istifadə edilməsinə icazə verilə bilər. Yəni hər hansı bir yaşayış yerinin altında yerləşən obyektdə qazın verilməsi xüsusi icazə tələb edir. İcazələrin alınması əsas şərtdir. Buradakı obyektlərin fəaliyyətinə Fövqəladə Hallar Nazirliyinin müvafiq şöbəsi nəzarət edir. Belə obyektlər bina altında yerləşdiyi üçün baş verəcək ani yanğın və ya digər təhlükələr mövcud ola biləcəyindən bu kimi obyektlərə elektrik enerjisi, qazın verilməsi üçün xüsusi icazələr alınmalıdır. Çünki həmin binada insanlar yaşayır və təhlükəsizlik tədbirləri tam görülməlidir. Bu kimi obyektlərə yanğınsöndürmə qurğularının quraşdırılması da əsas şərt kimi tələb edilir. Yanğından mühafizə sistemləri gərəkli formada yerləşdirilməlidir”.

 

Şəhanə Quliyeva

Tarix: 17 Aprel 2026, 13:28   
Избранный
15
pravda.az

1Источники