RU

QHT-lər qlobal problemlərin həllində mühüm rol oynayır

Dünyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər) insan hüquqları, yoxsulluq, səhiyyə və təbii fəlakətlər kimi mühüm problemlərin həllində aktiv rol oynayır.

QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-lər cəmiyyətin ən həssas qruplarına dəstək göstərərək sosial ədalətin təmin olunmasına töhfə verir. Bu təşkilatlar insan hüquqlarının qorunması, evsizlərin sığınacaqla təmin olunması və xəstəliklərlə mübarizə istiqamətində geniş fəaliyyət göstərir.

Məsələn, Amnesty International insan hüquqlarının müdafiəsi ilə məşğuldur, Oxfam isə yoxsulluğun aradan qaldırılması üçün hökumətlərə təzyiq göstərir. Beynəlxalq Qırmızı Xaç isə təbii fəlakətlər zamanı zərərçəkənlərə humanitar yardım edir.

Bundan əlavə, ətraf mühitin qorunması, heyvan hüquqlarının müdafiəsi və müharibədən zərər çəkən insanlara yardım da QHT-lərin əsas fəaliyyət istiqamətlərindəndir.

QHT-lər qlobal problemlərin həllində dövlət qurumlarını tamamlayan mühüm qüvvədir və onların fəaliyyəti cəmiyyət üçün əvəzolunmazdır.

Piranə Xasiyeva

Избранный
25
qht.az

1Источники