Turkstan.az saytına istinadən ain.az xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski və Niderlandın Baş naziri Rob Yetten arasında keçirilən birgə mətbuat konfransı zamanı tərcüməçi ilə bağlı insident baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə İrlandiyalı jurnalist Çey Bouzun sözlərinə görə, çıxışdan sonra sinxron tərcüməçi mikrofonunu söndürmədən ədəbsiz ifadə işlədib. Hadisə canlı yayımlanıb.
Səsyazma daha sonra Zelenskinin ofisinin rəsmi “YouTube” kanalından silinib və redaktə edilmiş şəkildə yenidən yüklənib.
Çey Bouz sosial mediada tərcüməçinin reaksiyasının çıxışın məzmunu ilə əlaqəli ola biləcəyini irəli sürüb. Mətbuat konfransında Zelenski Niderland tərəfi ilə dronların birgə istehsalı ilə bağlı müqavilə imzalandığını elan edib./publika.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.