RU

ABŞ Avropaya silah tədarükündə gecikmələr barədə xəbərdarlıq ETDİ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ-nin bəzi Avropa ölkələrinə silah tədarükündə gecikmələrin ola biləcəyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri bir sıra Avropa tərəfdaşlarını əvvəllər razılaşdırılmış silah tədarükündə mümkün gecikmələr barədə əvvəlcədən xəbərdar ediblər.

Məlumata görə, gecikmələr İranla müharibə fonunda silah ehtiyatlarının azalması ilə əlaqələndirilir.

Qeyd olunub ki, çatdırılmalardakı gecikmələr əsasən Baltikyanı və Skandinaviya ölkələrinə təsir göstərə bilər.

Bildirilib ki, Avropa ölkələri bu silahların bir hissəsini ABŞ-nin Xarici Hərbi Satış proqramı çərçivəsində sifariş edib.

Mənbələr gecikmələrin Avropa müttəfiqlərinin Ukrayna üçün ABŞ-dən aldığı silahların tədarükünə təsir edib-etməyəcəyi ilə bağlı dəqiq məlumat verməyib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
redaktor.az

2Источники