RU

Yerini masa aldı... Orta Asiyadan mədəniyyətimizdə daşıdığımız yer süfrəsi ənənəsi yerini itirir Video

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Yerdə yemək yemək adətinin əslində bəşəriyyətin yaşı qədər tarixi var. Bu adət köçəri həyat tərzindən başlayaraq formalaşıb. Məsələn; Orta Asiya çöllərində yaşayan türk tayfaları üçün masa anlayışı yox idi. Çadırlarda süfrə yerə sərilər, hər kəs ətrafına toplanardı. Bu, birlik brabərlik demək idi. Zamanla bu adət-ənənə Azərbaycan və Türkiyə coğrafiyasına da keçdi. Əslər keçsə də və nə qədər qəribə olsa da, bu adət qorunub saxlanıldı.

Şərq mədəniyyətində yerdə yemək yemək sosial münasibətlərin qurulduğu məkan, Yaponiyada aşağı masalarda yemək yemək intizamın göstəricisi idi. Hindistanda da yerdə otururlar və yeməyi əllə yeyirlər.

Azərbaycan kəndlərində hələ ötən əsrin ortalarına qədər yerə sərilən süfrələr var idi. Bayramlarda, yaslarda, el şənliklərində bu adət davam edirdi.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində yerləşən otaqlar Azərbaycanın yerdə oturmaq ənənəsini özündə əks etdirən əşyalarla bəzədilib.

Maraqlısı budur ki, bu gün yer süfrəsi arxasında yemək davranışı yoxsulluq kimi başa düşülür. Amma çox uzaq deyil, ötən əsrdə bu davranış bir mədəniyyət və sosial münasibətlərin qurulduğu məkanda doğmalıq hissini etdirmək idi. Sovet dövründə oturacaqlar və masalar geniş istifadə edilməyə başlansa da, bu gün bəzi evlərdə yerdə oturmaq və yerdə süfrə açmaq ənənəsi davam edir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
bizimyol.info

1Источники