RU

Bir məktəbdə yoxlayırlar, effekti olsa, hamısında tətbiq olunacaq AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda yerləşən 12 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin davamiyyətinə nəzarəti daha effektiv və şəffaf etmək məqsədilə QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq olunmağa başlanıb. Bu yenilik valideynlərin övladlarının məktəbə davamiyyətini real vaxt rejimində izləməsinə, eyni zamanda məktəb rəhbərliyinin nəzarət imkanlarının genişlənməsinə şərait yaradır.Təhsil sahəsi üzrə ekspert Elçin Əfəndiyev Demokrat.az-a bildirib ki, belə bir sistemin tətbiqi ən azı məktəbə aid olan kontingentin, yəni təhsilalanların, təhsilverənlərin, texniki və idarəetmə işçilərinin sistem üzərindən təhsil müəssisəsinə daxil olması və onu tərk etməsini əhatə edir:“Bu isə təhlükəsizlik baxımından olduqca vacib elementdir. Əgər, təbii ki, sistem özünü doğruldarsa, gələcəkdə digər təhsil müəssisələrində də tətbiq oluna bilər. İlkin mərhələdə bunu konkret bir məktəb üzərində pilot layihə kimi həyata keçirib, daha sonra isə tədricən digər məktəblərə yaymaq məqsədəuyğun olar. Sadəcə olaraq, həmin QR kodların şagirdlər tərəfindən başqalarına ötürülməməsi, yaxud kənar şəxslərin bu kodları əldə edərək məktəbə daxil olmağa cəhd göstərməməsi vacibdir. Eyni zamanda, QR kodların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və sistem üzərindən icazəsiz girişin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülərsə, bu, kifayət qədər mütərəqqi layihə olar”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
demokrat.az

1Источники