RU

VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi aprelin 16-da başa çatıb. Qeydiyyat müddəti ərzində müsabiqədə iştirak etmək üçün ümumilikdə 17 min 651 nəfər müraciət edib.

AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, ötən mövsümdə bu rəqəm 16 min 553 nəfər təşkil edib: “Cari mövsüm üzrə qeydiyyat nəticələri müsabiqəyə marağın hər il daha da artdığını göstərir. Ötən mövsümlə müqayisədə daha yüksək iştirakçı göstəricisinin qeydə alınması “Yüksəliş” müsabiqəsinin ölkədə idarəetmə bacarıqlarına malik şəxslərin üzə çıxarılması və inkişafının dəstəklənməsi istiqamətində mühüm platforma kimi rolunu daha da gücləndirir. Bu nəticə müsabiqənin əhatə dairəsinin genişləndiyini, iştirakçı fəallığının artdığını və cəmiyyətin müxtəlif təbəqələri arasında müsabiqəyə olan inamın davamlı inkişaf etdiyini göstərir”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - İlqar Cəfərov
Избранный
16
2
azertag.az

3Источники