RU

Kürdəmirə dəmir yolu səfərləri bərpa olundu - FOTO

Kürdəmirə dəmir yolu ilə səfərlər bərpa olunur.

Redaktor.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) xidmət coğrafiyasını genişləndirərək yenilənmiş Kürdəmir stansiyasını sərnişinlərin istifadəsinə verir.

Bildirilib ki, 17 apreldən etibarən bu istiqamət üzrə bilet satışına başlanılıb.

Qeyd olunub ki, 18 apreldən etibarən Kürdəmirə səfərlər aşağıdakı istiqamətlər üzrə təşkil ediləcək:

  • Bakı–Qazax–Bakı
  • Bakı–Balakən–Bakı
  • Bakı–Ağdam–Bakı
  • Bakı–Ağstafa–Bakı (təyinata uyğun həftəsonları və bayram günləri)

Məlumata görə, reyslər həftənin bütün günləri həyata keçiriləcək.

Sərnişinlər biletləri dəmiryol kassalarından, rəsmi sayt vasitəsilə və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

22
Избранный
5
redaktor.az

1Источники