Bakı-Xırdalan-Sumqayıq dəmir yolu istiqaməti üzrə qatarların hərəkəti (Xırdalan-Sumqayıt hissəsi) avtomobil yolu infrastrukturunun qurulması işlərinin bitməsindən sonra bərpa ediləcək.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsi nə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, yol infrastrukturunda aparılan qeyd olunan işlərin qısa müddət ərzində bitəcəyi gözlənilir.
"Təmir işlərinin bitməsinə yaxın ADY-də həmin istiqamətdə daha optimal sayda sərnişin daşıması üçün və reys saylarının azaldılmaması üçün müvafiq hesablamalar aparır. Artıq təmir bitdikdən sonra bununla bağlı məlumat açıqlanacaq", - Azər Fərəcov qeyd edib.