“Bu günlərdə öz xidməti davam etdirən gözəl sərnişin qatarlarının Kürdəmir stansiyasında dayanması Kürdəmir camaatı üçün çox sevindirici bir gündür”.
Redaktor.az xəbər verir ki, bunu bu gün 75 yaşını qeyd edən fəxri dəmiryolçu Alik Əliyev Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirindən sonra keçirilən açılış mərasimində qeyd etdi.
“Mən bu Kürdəmir stansiyasında çalışmışam , məhz bu stansiyada rabitə işarə vermə şöbəsində çalışmışam. 75 yaşımın tamam olduğu belə bir gün mənim üçün çox sevindirici bir gündür. Mən bu bütün bu işlərin görülməsində rayon icra hakimiyyətinə dərin təşəkkürümü bildirirəm. Azərbaycan Dövlət Dəmir Yollarının rəhbərliyinə, Rövşən müəllimə dərin təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, belə bir gözəl iş görüblər. Yəqin ki, bütün Kürdəmir camaatı bu işə görə sevinir. Çünki bu qatarlardan tək Kürdəmir yox, ətraf rayonlardan və kəndlərdən insanlar məmnuniyyətlə istifadə edəcəklər", - deyə o bildirib.
Aytəkin TOFİQQIZI