RU

Rusiya PUA-ları Rumıniya ərazisinə DÜŞÜB

Rusiyanın gecə saatlarında həyata keçirdiyi dron hücumu Ukraynanın Dunay çayı üzərində yerləşən ən böyük limanı olan İzmaildə liman infrastrukturuna ziyan vurub.

Ölkə.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, hücum zamanı bir dron Rumıniya ərazisinə də düşüb.

İzmail limanı Ukraynanın cənub-qərbində, Dunay çayı boyunca Rumıniya ilə sərhədə yaxın yerləşir və müharibə dövründə ölkə üçün mühüm logistika mərkəzlərindən biridir.

Hücum nəticəsində yanğınlar baş verib, lakin təcili yardım xidmətləri tərəfindən tez bir zamanda nəzarət altına alınıb. Ukraynanın İcmalar və Ərazilərin İnkişafı Nazirliyinə görə inzibati və istehsalat binaları, eləcə də dəmir yolu infrastruktur obyektləri zədələnib.

Nazirlik “Telegram”da bildirib ki, regionun liman infrastrukturuna hücumlar artıq bir neçə gündür davam edir. Qeyd olunub ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Həmidə İbrahimova

Избранный
16
olke.az

1Источники