“Azərbaycan Respublikasının ərazisində mövcud infrastrukturda qatarların maksimal sürəti 140km/saat müəyyən olunub”.
Musavat.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
“Bu sürət ADY üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır”, - o bildirib.
Şahanə Rəhimli
Musavat.com