RU

Barselona qərar verib, Flik gözlə deyir

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona" qərar verib, Flik "gözlə" deyir

“Barcelona” baş məşqçisi Hans-Diter Flik ilə bağlı qərarını verib.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilib ki, Kataloniya təmsilçisi alman mütəxəssislə müqaviləni 1 il uzatmaq və əlavə olaraq müəyyən hədəflər yerinə yetiriləcəyi təqdirdə daha bir mövsüm sözləşməni uzatmaq variantını həyata keçirəcək.

Mənbənin məlumatına görə, tərəflər arasında artıq şifahi razılıq əldə olunub. Lakin Flik hazırda müqavilənin rəsmi şəkildə imzalanmasını uyğun hesab etmir. O, yeni müqaviləni nəticələri ilə qazanmaq istədiyini bildirib.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2024-cü ilin may ayından “Barcelona”nı çalışdırır. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Hazırda “Barcelona” İspaniya La Liqasında turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda 31 oyundan sonra 79 xal toplayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
2
qol.az

3Источники