RU

Ağlayan oğlunu təsəlli etdi: “Bacın cənnətə getdi” VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Kahramanmaraş şəhərində baş verən faciəli hadisə hər kəsi kövrəldib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı həyatını itirən 11 yaşlı Zeynep Kılıç son mənzilə yola salınarkən duyğusal anlar yaşanıb. Balaca qızın kiçik qardaşı bacısının tabutu önündə göz yaşlarına hakim ola bilməyib.

Acı içində olan ana bir tərəfdən övlad itkisinə dözməyə çalışarkən, digər tərəfdən isə qızının ayrılığı ilə sarsılan oğlunu sakitləşdirməyə çalışıb. Onun övladına sarılaraq təsəlli verməsi mərasimdə iştirak edənlərin də ürəyini dağlayıb.

Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda geniş rezonans doğurub. İzləyicilər ailənin yaşadığı ağrının sözlə ifadə olunmayacaq qədər ağır olduğunu bildiriblər.

Hüseyn

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
news.milli.az

4Источники