“Yüksəliş” müsabiqəsində ən aktiv yaş qrupu açıqlanıb
VI VI “Yüksəliş” müsabiqəsi üçün qeydiyyatdan keçən iştirakçıların böyük hissəsi 31–40 yaş aralığını əhatə edir. 1news.az xəbər ki, bunu Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi barədə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev brifinqdə deyib. Belə ki, 31–40 yaş qrupu üzrə 8 974 nəfər qeydiyyatdan keçib. 21–30 yaş aralığında 6 248 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfər iştirak edib. Bu göstəricilər müsabiqəyə daha çox orta yaşlı peşəkarların maraq göstərdiyini ortaya qoyur.