Sərnişin məmnuniyyətinin artırılması vəmövcud infrastruktur üzrə maksimal sürət 140 km/saat müəyyən edilib və "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarları bu sürət çərçivəsində hərəkət edir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsi nə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
"Hal-hazırda bu sürət bizim üçün maksimal hesab olunur və artırılma ilə bağlı hazırda hər hansı bir işlər aparılmır", - Azər Fərəcov qeyd edib.