“Azərbaycan Respublikasının ərazisində mövcud infrastruktur maksimal sürət olaraq 140km/saat müəyyən olunub”.
NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
“Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət bizim üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır”, – deyə departament rəisi bildirib.