RU

Qatarlarda sürət artımı gözlənilmir

Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır.

Teleqraf xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının ərazisində mövcud infrastruktur maksimal sürət olaraq 140km/saat müəyyən olunub.

"Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət ADY üçün maksimal hesab olunur", - o vurğulayıb.

Избранный
3
teleqraf.com

1Источники