RU

Məşhur amerikalı müğənni yeniyetmənin ölümünə görə həbs edildi

Amerikalı müğənni D4vd (əsl adı: Devid Entoni Burke) ötən il itkin düşmüş kimi qeydiyyata alınan yeniyetmə qızın qətlində şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, "TikTok" ulduzu Devid Entoni Burke barəsində ötən ildən başlayaraq istintaq aparılıb. Buna səbəb isə 14 yaşlı qızın meyitinin onun avtomobilindən tapılması olub. Los-Anceles Polis İdarəsindən cümə axşamı verilən açıqlamaya görə, 21 yaşlı gənc zəmanət hüququ olmadan nəzarət altına alınıb və iş bazar ertəsi Dairə Prokurorluğuna təqdim ediləcək.

İfaçı bu məsələ ilə bağlı demək olar ki, heç bir açıqlama verməyib.
Избранный
14
1
7news.az

2Источники