RU

İran bu ölkəni İŞĞALLA hədələdi – Özü isə…

“Bəhreyn İrana məxsusdur, həmin ərazinin əhalisi özlərini iranlı hesab edir”. Bu barədə İranın ali rəhbərliyinə yaxın “Keyhan” qəzeti yazıb (Teleqraf.az).

“Bəhreyn sakinləri fars dilində danışır və öz əsas vətənləri (İran nəzərdə tutulur – red.) ilə birləşmək istəyirlər. Həmin ölkənin liderləri isə mühakimə olunmalı və cəzalandırılmalıdır. Bəhreynin kukla liderləri bu adanın ərazisini ABŞ və İsrailə İrana qarşı hərbi hücum məqsədilə istifadə etməyə veriblər. Buna görə də onlar yalnız hakimiyyətdən uzaqlaşdırılmalı deyil, həm də mühakimə olunaraq cəzalandırılmalıdırlar”, – nəşr bildirib.

Qəribədir, deyilmi? Bu necə olur? İşğaldan şikayətlənın İran BMT üzvü olan Bəhreyni işğalla hədələyir. Maraqlıdır ki, əvvəllər belə açıq təhdid bəyanatları səslənməyib. İran rəhbərliyində eyforiyamı yaşanır? Axı “Keyhan” ölkənin ali rəhbərliyinin mövqeyini ifadə edən bir qəzetdir…

How

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, bu cür bəyanatlar ilk baxışda paradoksal görünür, amma İranın daxili siyasi diskursu və regional strategiyası baxımından izah edilə bilən bir tendensiyadır: 

“Keyhan” qəzeti İranın ali rəhbərliyinə yaxın, sərt xətt tərəfdarı olan platformadır. Bu qəzetin ritorikası çox zaman rəsmi dövlət mövqeyindən daha radikal olur və bir növ sınaq funksiyasını yerinə yetirir. Bəhreynin İrana birləşdiriləcəyi ilə hədələnməsi İranın ziddiyyətli siyasətini göstərir. Bir tərəfdən özü ərazi bütövlüyü və suverenlik prinsipini müdafiə edir, digər tərəfdən isə tarixi və ideoloji iddiaları yenidən gündəmə gətirir. Bu isə regionda etimadsızlığı artırır və xüsusilə Körfəz ölkələrinin İranla bağlı təhlükəsizlik narahatlıqlarını gücləndirir”.

Q.Hüseynli qeyd edib ki, İran uzun illər Bəhreynə qarşı tarixi iddialar irəli sürüb:

“Hələ Məhəmməd Rza Pəhləvi dövründə belə bu iddialar mövcud idi, lakin 1970-ci illərdə İran faktiki olaraq bu iddialardan geri çəkildi və Bəhreynin müstəqilliyini qəbul etdi. Buna baxmayaraq, İran daxilində bəzi radikal dairələr bu mövzunu zaman-zaman yenidən gündəmə gətirir”.

Qabil

Professor deyib ki, Bəhreyn əhalisinin böyük əksəriyyəti ərəbdir, fars deyil:

“Şiə çoxluq var, amma bu, onların İrana birləşmək istəyi kimi qiymətləndirilə bilməz. Ölkə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış suveren dövlətdir. Regional gərginlik, 38 günlük müharibənin İranda rejim dəyişikliyinə gətirib çıxarmaması və bundan qaynaqlanan arxayınlıq Bəhreyn iddialarının səsləndirilməsinə gətirib çıxarır. Bəhreyn ABŞ-ın 5-ci hərbi donanmasının yerləşdiyi əsas məntəqələrdən biridir. Bu baxımdan da Bəhreyn İran üçün sadəcə ideoloji yox, həm də hərbi-strateji hədəf kimi görülür. Bəhreynin İrana birləşdirilməsi kimi bəyanatlar real işğal planından çox, təzyiq aləti və mesajdır. Körfəz ölkələrinə “biz sizi zəif nöqtələrinizdən vurarıq” siqnalı verilir”.

Müsavat.com

Избранный
12
1
editor.az

2Источники