RU

Bakıda səhnəyə çıxmaqdan imtina etmişdi – Dünyasını dəyişdi

Küçədə mahnı oxuyaraq məşhurlaşan, “Benden sonra” mahnısı ilə yadda qalan türkiyəli müğənni Rza Tamer vəfat edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.

Menecerinin Bodrumun Konacık məhəlləsindəki evinə qonaq gedən R.Tamerin səhhəti aprelin 16-da axşam saatlarında qəfildən pisləşib.

Yuxuda olarkən nəfəsi kəsilən sənətçi təcili yardımla xəstəxanaya aparılıb. Beyninə oksigen getmədiyi müəyyənləşən sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rza Tamer 2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənən musiqi yarışmalarından biri olan “Popstar”ın iştirakçısı olub.

Müğənni Azərbaycanda konsertini ləğv etməsi səbəbilə qalmaqalla yadda qalıb. Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan R.Tamer bundan imtina etmişdi. Səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərmişdi.

Избранный
23
1
konkret.az

2Источники