Bakı. Trend:
Son günlər intensiv yağıntılarla əlaqədar Mingəçevir suanbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidəolunur.
Bu barədə Trend-ə ADSEA yanında Suların İstifadəsinə vəMühafizəsinə Dövlət Nəzarəti Xidmətinn məlumat verilib.
Bildirilib ki, hazırda Kür çayının mənsəb hissəsində su sərfi300 kubmetrdən çoxdur. Belə ki, Yaxın günlərdə bu rəqəmin 600kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılmasıgözlənilir.
“Cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir suanbarına saniyədə 858 kubmetr su daxil olur. Su anbarından Kürçayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir.Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay,Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kürçayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkiledir”.
Xidmətdən qeyd edilib ki, son günlərdə Kür çayının Saatlı,Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsindəsəviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü iləəlaqədardır.
“Səviyyənin artmasına baxmayaraq hazırda vəziyyət stabildir.Mingəçevir su anbarından Kür çayına suyun buraxılması Agentliyinaidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbətigünlərdə hər hansı təhlükənin olacağı gözlənilmir”.