RU

Şamaxı Dövlət Regional Kollecinə yeni direktor təyin olunub (FOTO)

Bakı. Trend:

Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinindirektorunun əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət RegionalKollecinin direktoru vəzifəsinə təyin edilib.

Trend xəbərverir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatyayıb.

Məlumata görə, Vasif Müslümov Bakı Dövlət Universitetindətətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb,fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illərAzərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqojitəcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət RegionalKollecində tərbiyə işləri üzrə direktor müavini və direktorvəzifəsini müvəqqəti icra edən şəxs olub.

Yeni direktorun kollektivə təqdimatı zamanı Elm və Ali Təhsilüzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova kollecinmaddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxışkeçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb. təhsilmüəssisəsinin infrastrukturunun yaxşılaşdırılması, perspektivinkişaf istiqamətləri, region üzrə ixtisaslı kadr hazırlığınıngücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və idarəetmənintəkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsiaparılıb, müvafiq tövsiyələr verilib.

Şamaxı
Избранный
29
8
az.trend.az

10Источники