RU

Deputat: Minimum əmək haqqında daha yüksək artımlar olmalıdır

Deputat: Minimum əmək haqqında daha yüksək artımlar olmalıdır

2026-cı ilin ilk 2 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ölkəmizdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizini təşkil edir: "Qlobal olaraq daha uyğun hesab edilən nisbət 55-60 faizdir. Avropa Birliyinə üzv olan yüksək gəlirli dövlətlərdə bu göstərici 60 faizdən çoxdur. Göründüyü kimi, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqıya nisbəti yüksək deyil. Bu fərqin azaldılması median əməkhaqqı məbləğinin artmasına və aşağı maaş alanların sosial təminatının gücləndirilməsinə xidmət edərdi".

V.Bayramov xatırladıb ki, Prezident tərəfindən Əmək Məcəlləsində təsdiq edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bu il fevral ayında təsdiq edilən dəyişikliklərdən sonra yeni mexanizmə uyğun olaraq konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir.

Deputat qeyd edib ki, minimum əməkhaqqı məbləği artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbət mütləq nəzərə alınmalıdır: "Minimum əməkhaqqındakı artım faizinin daha çox olması bu fərqin azalmasına səbəb ola bilər. Bu baxımdan, daha yüksək artımların reallaşması məqsədəuyğun olardı".//Qaynarinfo//

Избранный
5
2
afn.az

9Источники