RU

Bakıdan Kündəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb

Bakıdan Kündəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb.

APA-Economics” xəbər verir ki, bunu Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, əgər COVID-19 pandemiyasından öncə qeyd olunan məsafə 3 saat 11 dəqiqəyə qət olunurdusa, hazırda bu müddət 2 saat 11 dəqiqəyə enib.

Azər Fərəcov onu da əlavə edib ki, ölkə üzrə dəmir yolu stansiyaları tədricən bərpa olunur və sərnişinlərin istifadəsinə verilir.

Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı 17 aprel tarixindən başlayır

Избранный
16
3
apa.az

6Источники