RU

Əmək bazarında qeyri-rəsmi məşğulluq problemi necə həll edilə bilər?

Hazırda ölkədə məşğulluq və əmək münasibətləri sahəsində müəyyən problemlərlə yanaşı, ciddi potensialın da mövcud olduğunu bildirilib.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.

Deputat statistik göstəricilərə diqqət çəkərək qeyd edib ki, əmək fəaliyyətində olan şəxslərin təxminən 34-35 faizi rəsmi şəkildə qeydiyyata alınıb, sığorta ödəyənlərin payı isə 28 faiz civarındadır.

Musa Quliyev bildirib ki, bu rəqəmlər əmək bazarında qeyri-rəsmi məşğulluğun hələ də yüksək olduğunu göstərir və bu, sosial təminat və iqtisadi şəffaflıq baxımından müəyyən çətinliklər yaradır.

Deputat vurğulayıb ki, son illərdə bu sahədə mühüm islahatlar həyata keçirilir: “Elektron əmək müqavilələrinin tətbiqi, vergi və sosial sığorta sistemində yeniliklər müsbət nəticələr verməyə başlayıb”.

O əlavə edib ki, bəzi sahələrdə, xüsusilə xidmət və qeyri-formal sektorda rəsmi qeydiyyatın hələ də tam təmin olunmaması islahatların davam etdirilməsini zəruri edir.

Musa Quliyev qeyd edib ki, əsas məqsəd əmək bazarında şəffaflığın artırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsidir.

Müəllif: Günel Fərzəliyeva
Избранный
27
1
sia.az

2Источники