RU

"“Hizbullah”ın Livan hökuməti tərəfindən tərksilah edilməsi real görünmür” -Ekspert

"İsrailin Livandan əsas tələbi “Hizbullah”ın tərksilah edilməsidir. Amma bu proses o qədər də asan olmayacaq, çünki Livan hökumətində bəzi nazirlər “Hizbullah”ın üzvləridir, digər tərəfdən isə Livan parlamentində də “Hizbullah”ın nümayəndələri təmsil olunur".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ötən günlərdə ABŞ-də İsrail və Livan tərəfləri arasında keçirilən danışıqlar əsasında “Hizbullah”ın tam tərksilah olunmalı olduğu mövzusunda razılığa gəlinməsindən danışarkən bildirdi.

Müshibimizin fikrincə, “Hizbullah”ın tərksilah olunması bu gün İranın əlində olan ən güclü təsir vasitəsinin sıradan çıxarılması və İranın strateji məğlubiyyətə uğradılması məqsədi daşıyır:

"“Hizbullah”ın Livan hökuməti tərəfindən tərksilah edilməsi real görünmür. Bu məsələdə Livan rəhbərliyi birbaşa olaraq İsrail ilə yaxından əməkdaşlıq edərək “Hizbullah”ı tərksilah edə bilər. Əks halda, bunun döyüş əməliyyatları olmadan həyata keçirilməsi kifayət qədər çətin məsələdir".

Aytəkin TOFİQQIZI

Избранный
17
1
redaktor.az

2Источники