RU

Sankt-Peterburqda çox sayda uçuş ləğv edilib

Aprelin 17-nə keçən gecə Sankt-Peterburqdakı Pulkovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən onlarla uçuş təxirə salınıb və ya ləğv edilib. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pulkovo hava limanı məlumat yayıb. 

Belə ki, Moskva vaxtı ilə saat 09:36-ya olan məlumata görə, Moskva və Tehran istiqamətləri də daxil olmaqla 38 uçuş gecikib və ya ləğv edilib. Daha yeddi reys isə tamamilə ləğv olunub.

Məhdudiyyətlərin səhər saat 04:28-dən 08:11-dək qüvvədə olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Soçiyə uçan “Nordwind Airlines”ə məxsus sərnişin təyyarəsi də uçuş məhdudiyyətləri səbəbindən ehtiyat hava limanına eniş etmək məcburiyyətində qalıb.

Избранный
24
cebheinfo.az

1Источники