RU

Azərbaycan balanslı xarici siyasəti ilə həm Qərb, həm də Şərqlə münasibətləri qoruyur - Rufiz Hafizoğlu

Bakı. Trend:

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı,sadəcə, növbəti işgüzar səfər kimi yox, daha geniş mənadaAzərbaycanın beynəlxalq sistemdə artan rolunun göstəricisi kimidəyərləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Trend İnformasiyaAgentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, bu forum artıq son illərdə qlobal siyasi dialoqunmühüm platformalarından birinə çevrilib və burada səslənənfikirlər, aparılan müzakirələr gələcək siyasi istiqamətlərinformalaşmasına birbaşa təsir edir.

Sirr deyil ki, dünya hazırda əvvəlki kimi deyil. Müharibələr,iqtisadi qarşıdurmalar, texnologiyanın sürətli inkişafı və böyükgüclər arasında rəqabət dövlətləri daha ehtiyatlı, amma, eynizamanda, daha çevik siyasət yürütməyə məcbur edir. AntalyaForumunun bu il “Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərləmübarizə” mövzusuna həsr olunması da təsadüfi deyil. Çünki indiəsas məsələ təkcə güclü olmaq yox, həm də dəyişən şəraitə uyğunlaşabilməkdir. Azərbaycan da məhz bu baxımdan son illərdə fərqlənənölkələrdən biridir.

"Qırx dörd günlük müharibə nəticəsində Azərbaycanın ərazilərininazad edilməsi məhz gələcəyin formalaşdırılmasındaqeyri-müəyyənliklə mübarizəyə bariz nümunə idi.

Bu gün modern dünyada bir zamanlar həll olunmamış münaqişələrzaman keçdikcə qeyri-müəyyən status və forma alıb.

Prezident İlham Əliyevin bu forumda iştirakı göstərir ki, Bakıartıq regional çərçivədən çıxaraq daha geniş – qlobal müstəvidə özsözünü deməyə çalışır. Təbii ki, bu, rəsmi Bakı üçün yenilik deyil.Azərbaycan uzun müddətdir balanslı xarici siyasət yürüdür və busiyasət sayəsində həm Qərblə, həm də Şərqlə münasibətləri qoruyubsaxlaya bilir. Bu isə indiki mürəkkəb dövrdə çox az ölkəyə nəsibolan üstünlükdür. Digər tərəfdən məhz bu siyasət sayəsində rəsmiBakı İslam dünyasında “Diplomatiyada Azərbaycan modeli”formalaşdıra bilib",- deyə R. Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, Antalya Diplomatiya Forumu, eynizamanda, Türk dünyası üçün də mühüm platformadır. Azərbaycan vəTürkiyə arasındakı strateji müttəfiqlik bu cür tədbirlərdə dahaaydın hiss olunur. İki ölkə təkcə ikitərəfli münasibətləri inkişafetdirmir, həm də daha geniş coğrafiyada ortaq maraqları müdafiəedir. Bu əməkdaşlıq artıq region sərhədlərini aşaraq daha böyükgeosiyasi məna qazanmağa başlayıb.

Forumda əsas mövzulardan biri qeyri-müəyyənliyin idarəolunmasıdır və bu sahədə Azərbaycanın təcrübəsi kifayət qədərdiqqət çəkir. Xüsusilə son illərdə baş verən hadisələrdən sonraölkə yeni reallıqlara tez uyğunlaşa bildiyini göstərdi. Bu isə odeməkdir ki, Azərbaycan təkcə mövcud vəziyyətə reaksiya vermir,eyni zamanda, gələcək riskləri də hesablaya bilir. Məhz bu yanaşmamodern dünyamızda ən çox ehtiyac duyulan yanaşmadır.

Forumda müzakirə başlıqlarından biri də rəqəmsallaşma və süniintellekt məsələləridir ki, bu da müasir diplomatiyanın ayrılmazhissəsinə çevrilib. Azərbaycan bu istiqamətdə də geri qalmamağaçalışır. Dövlət xidmətlərinin elektronlaşdırılması, innovatividarəetmə üsullarının tətbiqi ölkənin yeni dövrə uyğunlaşdığınıgöstərir. Artıq diplomatiya təkcə görüşlər və bəyanatlarlaməhdudlaşmır, texnologiya da bu prosesin vacib alətinəçevrilir.

Müzakirə mövzusu olan enerji məsələsi isə Azərbaycanın ən güclütərəflərindən biri olaraq qalır. Ölkə uzun illərdir ki, Avropanınenerji təhlükəsizliyində mühüm rol oynayır. Amma diqqət çəkən məqamondan ibarətdir ki, Azərbaycan təkcə neft və qazla kifayətlənmir.Son dövrlərdə yaşıl enerji layihələrinə verilən önəm göstərir ki,Bakı gələcəyi də düşünür. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerjizonası kimi inkişaf etdirilməsi bu baxımdan xüsusi əhəmiyyətdaşıyır.

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq dialoqplatformalarının yaradılmasında da fəal iştirak edir. Müxtəlifforumların təşkili, mədəniyyətlərarası dialoqun təşviqi ölkəninyumşaq güc siyasətinin bir hissəsidir. Bu da Azərbaycanın təkcəsiyasi deyil, eyni zamanda, diplomatik və humanitar sahədə də təsirimkanlarını artırır.

"Bilindiyi kimi, forumda təhlükəsizlik məsələləri də müzakirəolunacaq. Təhlükəsizlik məsələlərinə gəldikdə isə son illərdəregionda yaranmış yeni vəziyyət Azərbaycanın rolunu daha daartırıb. Münaqişədən sonrakı dövrdə sülh təşəbbüsləri ilə çıxışedən Bakı artıq daha sabit və proqnozlaşdırıla bilən regionunformalaşmasında maraqlı tərəf kimi çıxış edir. Bu yanaşma gələcəkdəiqtisadi və siyasi əməkdaşlıq üçün də yeni imkanlar yaradır.

İqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri də getdikcədaha çox önəm qazanıb ki, rəsmi Bakı bu istiqamətdə də olduqcaseçilib. Azərbaycan bu sahədə də aktiv olmağa çalışır və alternativenerji layihələrinə investisiya yatırmaqla gələcək riskləriazaltmağa çalışır. Bu isə onu göstərir ki, ölkə yalnız bu günüdeyil, uzunmüddətli perspektivi də nəzərə alır",- deyə R. Hafizoğluəlavə edib.

Избранный
7
4
az.trend.az

5Источники