RU

Azyaşlının həyatını təhlükəyə ataraq video çəkən bağça müdiri ilə bağlı araşdırma aparılır - VİDEO

Azyaşlının həyatını təhlükəyə ataraq video çəkən bağça müdiri ilə bağlı araşdırma aparılır - VİDEO

Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbəri İlahə Xuduqızı yol hərəkəti qaydalarını pozub.

AFN.az xəbər verir ki, bununla bağlı görüntüləri o, özünün "Instagram" hesabında paylaşıb. Görüntülərdən aydın olur ki, İ.Xuduqızı azyaşlını avtomobilin ön oturacağında əyləşdirərək hərəkət edir.

Azyaşlı üçün təhlükəsizlik kəməri və ya xüsusi uşaq oturacağından istifadə olunmaması ilə yanaşı, sürücü xanımın maşın hərəkətdə ikən sükandan əlini çəkərək rəqs etməsi də diqqət çəkib. Qeyd edilən görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Mövcud qanunvericiliyə görə, 12 yaşınadək uşaqların ön sərnişin oturacağında aparılması qadağandır və bu, inzibati məsuliyyət yaradır.

Baş DYP İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı artıq araşdırma aparılır: “Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükədir. Sürücülərin diqqətinə bir daha çatdırılır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl olunsun”.

Избранный
4
2
afn.az

3Источники