RU

Rasim Balayev: jurnalist, deputatlığa namizəd... - VİDEO

Mərhum Xalq artisti Rasim Balayev kinoda bir sıra obrazlar canlandırıb və onların arasında jurnalist personajı da yer alır.

"Yeni Sabah" xəbər verir ki, o, 1992-ci ildə çəkilmiş "Etiraf" filmində jurnalist, baş redaktor Qabil Nəzərov rolundadır.

Triller janrında lentə alınan "Etiraf"ın quruluşçu rejissoru Şamil Əliyevdir.

Kinodram Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib.

...Azad tələbə olanda Qabillə (Rasim Balayev) tanış olur. Qabil onu cinayətə - böyük məbləğdə pul oğurlamağa təhrik edir. Oğurlanan pul sayəsində hansısa ictimai-siyasi təşkilat yaradacağına Azadı inandırır. Lakin Azad milis tərəfindən yaxalanır və Qabilin xahişi ilə bütün günahları öz üzərinə götürür. Arvadını isə Azad ilə əlbir işləyən Adilə ərə getməyə məcbur eləyir.

Azad həbsdən azad olandan sonra öyrənir ki, Qabil deputatlığa namizəddir, nüfuzlu qəzetlərdən birinin baş redaktor müavini işləyir.

Keçmiş arvadı Azada şəhərdən getməsini xahiş edir və uşağın ondan yox, Qabildən olduğunu deyir. Azad əvvəlcə Adildən qisas almaq qərarına gəlir. Adilin evinə gedir və bilmədən onun əvəzinə başqa adamı öldürür. Çünki Adilin ailəsi ilə evdən köçdüyündən xəbərsiz olur. Bundan sonra Qabildən qisas almaq istəyir. Amma onun gülləsi təsadüfən Qabilin qarovulçusunu qətlə yetirir...

 


Telegram kanalımız
Избранный
22
1
yenisabah.az

2Источники