RU

Nikah öncəsi narkoloji testin məcburiliyi vətəndaşın hüququnu poza bilər - deputat

Azərbaycanda nikaha daxil olan şəxslərin narkoloji testdən keçməsinin məcburi edilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmur və bu istiqamətdə yanaşmalar mübahisəlidir. Bunu Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Milli Məclisin sonuncu plenar iclasında deputat Göydəniz Qəhrəmanov nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji müayinənin də məcburi sənəd kimi tələb olunmasını təklif edib.

Onun sözlərinə görə, bu məsələ daha əvvəl Ailə Məcəinə dəyişikliklər zamanı müzakirə olunub. Hazırda qanunvericilikdə yalnız cinsi yolla və irsi keçən xəstəliklərlə bağlı tibbi yoxlamalara dair tələblər mövcuddur.

Deputat qeyd edib ki, narkomaniya sosial hadisədir və bu sahədə məcburi tədbirlərin tətbiqi vətəndaş hüquqları baxımından suallar doğura bilər.

“Dünyada bu məsələyə yanaşmalar ikilidir. Nikaha girən şəxslər üçün icbari narkoloji test tətbiqi praktikası mövcud deyil,” – o deyib.

Quliyev əlavə edib ki, bu sahədə əsas diqqət qanunvericilik məcburiyyətindən çox, maarifləndirmə tədbirlərinə yönəldilməlidir.


Azərbaycanda nikahdan əvvəl tibbi müayinələr qanunvericiliklə tənzimlənir və əsasən yoluxucu və irsi xəstəliklərin aşkarlanmasına yönəlib.

Gülnar Nazimqızı 

Избранный
5
anews.az

1Источники