RU

İran Livanda atəşkəsi alqışladı

İran Livanda atəşkəs elan edilməsini alqışlayıb və bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

Bildirilib ki, atəşkəsin əldə olunması Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqların nəticəsi olaraq mümkün olub.

Qeyd edilib ki, İran regional və beynəlxalq tərəflərlə danışıqlar zamanı, o cümlədən İslamabad görüşlərində bütün regionda eyni vaxtda atəşkəsin elan edilməsinin vacibliyini ön plana çəkib və bu istiqamətdə səylərini davam etdirib.

XİN sözçüsü Livan xalqının və müqavimət qüvvələrinin İsrailin hücumlarına qarşı göstərdiyi müqaviməti yüksək qiymətləndirib, həmçinin Pakistanın son 24 saat ərzində göstərdiyi vasitəçilik roluna görə təşəkkürünü ifadə edib. Bildirilib ki, bu səylər nəticəsində 10 günlük atəşkəs əldə olunub.

Bəqai həmçinin həlak olanların ailələrinə başsağlığı verib və Livan xalqı ilə həmrəy olduqlarını qeyd edib.

Açıqlamada İsrailin Livanın cənubundakı işğal olunmuş ərazilərdən tam şəkildə çıxmasının, məhbusların azad edilməsinin, məcburi köçkünlərin öz evlərinə qayıtmasının və beynəlxalq dəstək ilə dağıdılmış infrastrukturun bərpasının vacibliyi vurğulanıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
18
redaktor.az

1Источники