RU

Rəsmi Tehran Livanda atəşkəsin elan olunmasını alqışlayıb

Bakı.Trend:

İran Livanda atəşkəs elanını alqışlayaraq, İsrail ordusununCənubi Livandakı işğal olunmuş ərazilərdən tam çıxarılmasının,bütün məhbusların azad edilməsinin və məcburi köçkünlərin özevlərinə qayıtmasının zəruriliyini vurğulayır.

Trend xəbər verirki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayılBəqainin bəyanatında qeyd olunub.

Bəqai Livanda atəşkəs elanını alqışlayaraq bildirib ki,döyüşlərin dayandırılması Pakistanın vasitəçiliyi ilə İran və ABŞarasında əldə olunmuş atəşkəs anlaşmasının bir hissəsidir.

O qeyd edib ki, İran müxtəlif regional və beynəlxalq tərəflərləapardığı danışıqlardan – o cümlədən İslamabaddakı danışıqlar zamanı– etibarən bütün region üzrə, o cümlədən Livanda eyni vaxtdaatəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb və İslamabaddanışıqlarından sonra da bu məsələni ciddi şəkildə izləməkdə davamedib.

Məqalədə:
Избранный
13
az.trend.az

1Источники