RU

Paşinyandan ayrılan Anna görün kimi DƏSTƏKLƏYƏCƏK

Ermənistanın “İravunk” nəşrinin yaydığı məlumata görə, Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan qarşıdan gələn parlament seçkilərində hazırkı hökumət başçısının tərəfində yer alacaq.

NOCOMMENT.az xəbər verir ki, Akopyan şəxsi münasibətlərinin bitməsinə baxmayaraq, siyasi müstəvidə Paşinyanı dəstəkləməkdə davam edəcəyini açıq şəkildə bəyan edib.

Yaxın ətrafı ilə söhbətində Akopyan bu qərarını “vətəndaşlıq borcu” kimi qiymətləndirib:

“Qoy bizim münasibətlərimiz sizin Baş nazirə olan baxışınızı dəyişməsin. Mən öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və səsimi mütləq hazırkı Baş nazirə verəcəyəm. Sizə də eyni şeyi etməyi məsləhət görürəm.”

Ekspertlər hesab edirlər ki, Akopyanın bu bəyanatı seçkiqabağı kampaniyada Paşinyanın imicini gücləndirməyə və ailə məsələləri üzərindən gələn tənqidləri zərərsizləşdirməyə hesablanıb. Xüsusilə müxalifətin Paşinyanın şəxsi həyatını siyasi alətə çevirməyə çalışdığı bir vaxtda, keçmiş həyat yoldaşının bu dərəcədə sadiq və dəstəkləyici mövqe nümayiş etdirməsi seçicilər arasında fərqli reaksiyalara səbəb olub.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistanın gələcək xarici siyasət kursu, xüsusilə Azərbaycanla sülh prosesi və regiondakı yeni geosiyasi balans baxımından həlledici xarakter daşıyır. Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının bu seçkilərdə əldə edəcəyi nəticə həm də onun “sülh gündəliyinə” verilən xalq etimadının göstəricisi olacaq.

Sara,
NOCOMMENT.az

Избранный
41
nocomment.az

1Источники