RU

Bakıdan Kürdəmirə rəmzi qatar yola düşüb - FOTO

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatarı yola düşüb.

Bizim.Media xəbər verir ki, sərnişinlər üçün bilet bu gündən satışa çıxarılacaq. 

Növbəti gün, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.








Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Избранный
23
1
bizim.media

2Источники