RU

Dövlət qəzetinə yeni baş redaktor təyin olundu

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, həmin vəzifəyə Rəmzi Tahirli gətirilib.

R.Tahirli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəsmi mətbuat orqanıdır. R.Tahirlidən əvvəl həmin vəzifəni Sara İbrahimova tuturdu. O, bu gün işdən çıxıb.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
19
20
yenisabah.az

10Источники