JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“Bir Kompas, Bir Komanda: Məktəblilərin orienterinq üzrə bacarıqlarının artırılması” qrant layihəsi çərçivəsində şagirdlərin fiziki aktivliyinin artırılması və məkan üzrə düşünmə bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər uğurla icra olunub. Layihə eyni zamanda iştirakçılarda komanda işi, qərarvermə və məsuliyyət kimi həyati bacarıqların formalaşdırılmasını hədəfləyib.

Layihəyə 5 müəllim və onların rəhbərlik etdiyi ümumilikdə 50 şagird cəlb olunub və iştirakçılar üçün birgə fəaliyyət və öyrənmə mühiti yaradılıb. Təlim mərhələsində şagirdlərə “orienteering” üzrə əsas anlayışlar təqdim olunub, xəritə ilə işləmə, məkan yönümü və komanda strategiyaları üzrə 3 gün praktik məşğələlər keçirilib.

Təlimlər nəticəsində əldə olunan bacarıqların tətbiqi məqsədilə açıq məkanda komandalararası müsabiqə təşkil edilib. “Bir Kompas, Bir Komanda” adı ilə keçirilən yarış zamanı şagirdlər müxtəlif tapşırıqları yerinə yetirərək həm fiziki hazırlıqlarını, həm də strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər. Nəticələrə əsasən ilk 3 yeri tutan komandaların mükafatlandırılması nəzərdə tutulur.

Layihənin davamlılığını təmin etmək məqsədilə məktəbdə fiziki aktivliyi təşviq edən oyun klubunun yaradılması planlaşdırılır. Klub çərçivəsində il ərzində şagirdlər üçün komanda işi və məkan düşüncəsini inkişaf etdirən ən azı 4 interaktiv məşğələ təşkil olunacaq.

Layihənin yekun mərhələsində əldə olunan nəticələrin təqdim ediləcəyi bağlanış tədbiri keçiriləcək.

Qeyd edək ki, layihə Maral Əmraslanova tərəfindən R.Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX