RU

Helikopter qəzası:Sağ qalan yoxdur

İndoneziyanın Qərbi Kalimantan əyalətində  helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

"Cebheinfo.az"-ın "Jakarta Globe" qəzetinin məlumatına görə, pilot və ikinci pilotla birlikdə 6 sərnişinin olduğu helikopter dünən yerli vaxtla saat 07:34-də əyalətin Melawi bölgəsindən havaya qalxıb.

Havaya qalxdıqdan sonra saat 08:39-da əlaqə kəsilən Airbus H130 model helikopterin itkin düşdüyü bildirilib.

Axtarış-xilasetmə qrupları helikopteri Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində, çatılması çətin olan ərazidə tapıblar. Rəsmilər helikopterdə olan 8 nəfərin həyatını itirdiyini açıqlayıblar.

Qəzanın səbəbi ilə bağlı isə hələlik heç bir məlumat verilməyib.

Избранный
33
cebheinfo.az

1Источники