Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yaxa Dəlləkli kəndində qeydə alınıb. Qurbanı Qəliş oğlu Lətifov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada Şamo Eyyub oğlu Əsədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.