JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze



Şagirdlərin xarici dil biliklərinin inkişafına yönəlmiş “Speaking Future: ingilis dili ilə dünyaya açıl” layihəsi çərçivəsində innovativ və intensiv təlim prosesi həyata keçirilib. Layihə çərçivəsində ümumilikdə 20 nəfər motivasiyalı şagird təlimlərə cəlb olunub. Dərslər xarici ingilis dili müəlliminin iştirakı ilə təşkil olunaraq kommunikativ, interaktiv və müasir tədris metodologiyaları əsasında aparılıb. Bu yanaşma şagirdlərin dil bacarıqlarını praktik şəkildə inkişaf etdirməyə və real ünsiyyət mühitinə yaxın təcrübə qazanmalarına şərait yaradıb.

Təlimlərin əvvəlində və sonunda şagirdlərin bilik və bacarıqlarını ölçmək məqsədilə ilkin və yekun qiymətləndirmələr həyata keçirilib. Bu qiymətləndirmələr nəticəsində iştirakçıların inkişaf dinamikası müəyyən olunub və layihənin effektivliyi təhlil edilib.

Layihənin yekun mərhələsində əldə olunan nəticələrin təqdim ediləcəyi bağlanış tədbirinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə 9–11-ci sinif şagirdlərinin ingilis dili üzrə kommunikativ və akademik bacarıqlarını gücləndirməklə yanaşı, onların ali təhsilə və beynəlxalq təhsil imkanlarına hazırlıq səviyyəsinin artırılmasını hədəfləyir. Layihə Leyla Teymurova tərəfindən 251 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX